"Marca": "Quti "Beşiktaş"dan ayrıldı"

"Beşiktaş"ın köməkçi məşqçisi Quti komandadan ayrılıb.

Sportline.az xəbər verir ki, bu barədə İspaniyanın məşhur "Marca" nəşri məlumat verib.

Xəbərdə sabiq futbolçunun "Beşiktaş"la müqaviləsini qarşılıqlı razılaşma yolu ilə ləğv etdiyi bildirilir. Onun ayrılma səbəblərindən biri də komandadakı maliyyə problemləri göstərilir. Qutinin İspaniyada klub axarışında olduğu deyilir.