"Marsel" "Arsenal"a elçi düşüb
"Marsel" "Arsenal"ın polşalı stopperi Yakub Kiviyoru transfer etmək üçün hərəkətə keçib.
Sportline.az "Foot Mercato"ya istinadən xəbər verir ki, Yakup Kiviyor üçün "Marsel" 25 milyon avro ödəməyə hazırdır.
25 yaşlı futbolçunun "Arsenal"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Yakub Kiviyor bu mövsüm çıxış etdiyi 27 matçda 1 qol 2 asistlə yadda qalıb.