"Marsel"dən "Jirona"ya
"Marsel"in qapıçısı Pau Lopez icarə əsasında "Jirona" klubuna keçib.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 29 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Ötən mövsüm Fransa klubu ilə 49 oyuna çıxan Lopez bu görüşlərdə 63 qol buraxıb.11 matçda isə ispaniyalı qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, təcrübəli qapıçı daha əvvəl İspaniyada "Betis" və "Espanyol"un heyətində çıxış edib.