Martinesin yeni klubu bəlli oldu
Argentinanın heyətində Dünya çempionatının qalibi qapıçı Emiliano Martines İngiltərənin "Aston Villa" klubundan Turinin "Yuventus" klubuna keçəcək.
Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, İtaliya klubu 33 yaşlı qapıçı ilə üç illik müqavilə imzalayacaq.
Emiliano Martines 2020-ci ildən "Aston Villa"da çıxış edir. O, klubla son mövsümdə 44 oyun keçirib və 49 qol buraxıb. Komanda Avropa Liqasının qalibi olub.
Martinesin "Aston Villa" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.
"Transfermarkt" onun transfer dəyərini 12 milyon avro olaraq qiymətləndirir.