Mbappe İngiltərə nəhənginin radarında - Təklif 150 milyon avro

“Liverpul” yay transfer pəncərəsində böyük bir addım atmağa hazırlaşır. 

Sportline.az "Goal Zone" nəşrinə istinadən xəbər verir ki, İngiltərə nəhəngi fransalı hücumçu Killian Mbappe ilə maraqlanır.

Mersisaydlılar futbolçunun transferi üçün 150 milyon avroluq təklif hazırlayır.

"Liverpul”un rəhbərliyi futbolçunun oyun üslubunun komandaya daha uyğun olduğunu düşünür və onun hazırkı klubu olan “Real Madrid” ilə müqayisədə İngiltərə təmsilçisində öz potensialını daha yaxşı ortaya qoya biləcəyini hesab edir.

Transferlə bağlı prosesin yaxın günlərdə daha da aydınlaşacağı gözlənilir.

Qeyd edək ki, Mbappe Kral klubunun heyətində ötən mövsüm çıxdığı 47 matçda 43 qol, 6 asistlə yadda qalıb və onun Madrid təmsilçisiylə müqavilə müddəti 2029-cu ilin yayında başa çatır.

Banner