Mbappeyə İspaniyada xüsusi güzəştlər olacaq

PSJ-nin hücumçusu Kilian Mbappeyə İspaniyada xüsusi vergi güzəştləri ediləcək.

Sportline.az xəbər verir ki, fransalı futbolçu nəticədə xeyli vəsaitə qənaət etmiş olacaq.

Bu haqda Sport.es saytı məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Madrid Cəmiyyətinin iyulun 1-dən qüvvəyə minəcək qanununa əsasən, Madrid klublarınını sırasına qoşulacaq istənilən idmançı 20 faiz vergidən azad olunacaq.