Mbappe Madriddə ev axtarır

PSJ-nin forvardı Kilian Mbappenin mövsümün sonunda Parisi tərk edəcəyi dəqiqələşmək üzrədir.

Sportline.az xəbər verir ki, fransalı hücumçu "Real"la müqavilənin detallarını razılaşdırıb.

"Bernabeu Digital"ın yaydığı məlumata görə, o, Madriddə yaşamağa ev axtarışındadır.

Mənbə bildirir ki, futbolçu İspaniya paytaxtındakı tanışlarından bununla bağlı məsləhət istəyib.

Qeyd edək ki, mövsümün sonunda PSJ ilə müqaviləsi bitəcək Mbappe "Real"a azad agent statusunda keçəcək.