Mbappe "Real"da daha az qazanacaq

Kilian Mbappe "Real"da PSJ-dən daha az qazanacaq.

Sportline.az xəbər verir ki, bu haqda məşhur jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, bu amil fransalı ulduzun Madrid sevgisini qətiyyən azaltmır və o, tezliklə yeni komandasının düşərgəsinə qatılmaqda israrlıdır.

Kral klubunun Kiliana təklif etdiyi müqavilədəki məbləğ isə futbolçunun hazırkı qazancından hiss olunacaq dərəcədə aşağıdır.

Qeyd edək ki, Mbappenin mövsümün sonunda PSJ-dən ayrılacağı böyük ölçüdə dəqiqləşib.