Mbappenin qardaşı da "Real"a keçir

Kilian Mbappenin qardaşı Etan Mbappe də karyerasını İspaniyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, 17 yaşlı futbolçunun qardaşının ardınca Madridə yollanmaq perspektivi var.

"El Chiringuito"nun yaydığı xəbərə görə, Etan da "Real"ın formasını geyinməyə yaxındır.

Qeyd edək ki, PSJ-nin gənclər komandasında forma geyinən dayaq yarımmüdafiəçisi bu mövsüm meydana çısığı 22 oyunda 5 qol, 3 asist müəllifi olub. 

Transfermarkt portalında onun keçid qiyməti 500 min avro göstərilir.