Menyana İngiltərə klubu elçi düşdü
İngiltərənin “Çelsi” klubu, "Milan” komandasının qapıçısı Mayk Menyanın nümayəndələri ilə danışıqları sürətləndirib. London təmsilçisi Fransa millisinin üzvünün mümkün transferini araşdırır.
Sportline.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Menyan “Milan”dan ayrılmağa açıqdır və bu yay İngiltərə Premyer Liqasına transfer olmaq fürsətini müsbət qarşılayır.
29 yaşlı qolkiper uzun müddətdir Avropanın aparıcı qapıçıları sırasında göstərilir və “Çelsi” onu heyətini gücləndirmək üçün əsas namizədlərdən biri hesab edir.
Qeyd edək ki, fransalı qolkiper 2021-ci ildən “Milan”ın şərəfini qoruyur.
Onun müqavilə müddəti 2031-ci ilin iyun ayına qədər nəzərdə tutulub. Transfer dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.