Merih Demiral ölkəsinə qayıdır
"Əl-Əhli"nin türkiyəli stoperi Merih Demiral karyerasını ölkəsində davam etdirə bilər.
Sportline.az "Takvim" qəzetinə istinadən xəbər verir ki, "Fənərbağça" Demiral transfer etmək üçün klubu ilə danışıqlara başlayıb.
27 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 13 milyon avrodur.
Qeyd edək ki, Merih Demiral ötən mövsüm meydana çıxdığı 44 matçda 1 qol 3 asistlə yadda qalıb.