Merih Demiral Türkiyəyə dönür
Merih Demiral karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, təcrübəli müdafiəçi "Fənərbağça"nın hədəfindədir.
"Fotomaç"da yayılan xəbər görə, 2023-cü ilin yayında 17 milyon avro qarşılığında "Atalanta"dan Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçən Merih, özü də bu transferə isti yanaşır.
Qeyd edək ki, mərkəz müdafiəçisinin "Əl-Hilal"la müqaviləsinin müddəti 2026-cı ilin yayında bitəcək.
"Fənərbağça"nın planı onu yeni mövsümdə hələlik icarə əsasında heyətə qatmaqdır.