Merih Demiralın durumuna aydınlıq gətirildi

Türkiyə millisinin və "Yuventus"un futbolçusu Merih Demiralın durumuna aydınlıq gətirilib. 

Sportline.az xəbər verir ki, 21 yaşlı müdafiəçi sol dizinin çarpaz bağı qopduğu üçün əməliyyat olunub.

Turin klubu onun təxminən 6-7 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlayıb. Bu isə o deməkdi ki, mövsümü başa vuran Merih çox güman ki, AVRO-2020-ni də buraxacaq.

Qeyd edək ki, Merih Demiral A seriyasının XIX turunda “Roma” ilə görüşün (2:1) birinci hissəsində zədələnib.