Məşhur bloger Neyt Diazı məğlub etdi
Dallasda bloger Ceyk Pol və keçmiş UFC döyüşçüsü Neyt Diaz arasında boks görüşü keçirilib.
Sportline.az xəbər verir ki, Paul yekdil qərarla qalib gəlib: 97-92, 98-91, 98-91.
Döyüş 10 raund davam edib.
Pol üçün bu, boksda səkkizinci döyüşdür. O, 6 dəfə qələbə qazandığı halda, 1 dəfə məğlub olub.