Məşhur braziliyalı "Fənərbağça"ya qayıdır

"Fənərbaxça"nın sabiq futbolçusu Mehmet Aurelio kluba qayıdıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

42 yaşlı keçmiş yarımmüdafiəçi məşqçilər korpusunda yer alacaq.

Qeyd edək ki, Braziliya əsilli milliləşdirilmiş futbolçu Türkiyə seçməsinin heyətində 37 oyun keçirib.
 
2003-2008-ci illərdə "Fənərbaxça"da çıxış edən Aurelio bu müddətdə İstanbul klubu ilə 3 dəfə Superliqanı, bir dəfə isə Türkiyə Superkubokunu qazanıb.