Məşhur futbolçu 4 uşaq atası oldu
İngiltərə millisi və "Bavariya"nın hücumçusu Harri Keynin növbəti övladı dünyaya gəlib.
Sportline.az xəbər verir ki, bu haqda məşhur futbolçu sosial şəbəkədə paylaşım edib.
Onun yeni doğulmuş körpəsinə Henri Edvard adı qoyulub.
Qeyd edək ki, Keyn və həyat yoldaşı Keyt Hudlandın iki qız və bir oğlan övladı da var.
