Məşhur futbolçu "Barselona"da
“Barselona” klubu heyəti yeni futbolçu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, Kataloniya təmsilçisi “Sevilya”dan Luk de Yonqu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Niderlandlı hücumçu 2022-ci ilin yayına qədər icarə əsasında “Barselona”da çıxış edəcək.