Məşhur futbolçu ciddi zədələnib

"Real" ciddi itki ilə üzləşib.

Sportline.az Cope nəşrinə istinadla xəbər verir ki, komandanın aparıcı üzvlərindən sayılan Dani Karvahal sol ayaq əzələsini zədələyib.

Təcrübəli futbolçu bu səbəbdən 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

15-ci turun "Qranada" ilə matçında (2-0) start heyətdə meydana çıxan futbolçu fasilədə əvəzlənmişdi.

Bununla "Real"dakı zədəlilərin sayı artıq 9-a çatıb.

Hazırda aktivində 38 xalı olan paytaxt təmsilçisi yarış cədvəlinin lideridir.