Məşhur futbolçu karyerasını bərpa edir
Türkiyə millisinin və "Qalatasaray"ın sabiq oyunçusu Ümit Karan karyerasını bərpa edib.
Sportline.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, 44 yaşlı veteran hücumçu həvəskarlar liqasında çıxış edən "Vefaspor"la anlaşıb.
O, yeni komandasında oynayan məşqçi olacaq.
Qeyd edək ki, 2001-2009-cu illərdə "Qalatasaray"ın formasını geyinmiş forvard məşqçilik karyerası ərzində "Malatyaspor" və "Şkupi" (Şimali Makedoniya) klublarında işləyib.