Məşhur futbolçu seksual zorakılıqda günahlandırılır

"Mançester Yunayted"in futbolçusu Antoni seksual zorakılıqda ittiham olunur.

Sportline.az xəbər verir ki, braziliyalı forvard keçmiş sevgilisi tərəfindən günahlandırılır.

Qabriella Kavallin UOL nəşrinə verdiyi müsahibədə Antoninin ona zorakılıq tətbiq etdiyini bildirib.

Kavallin bu hərəkətin bir neçə dəfə təkrarlandığını vurğulayıb. 

Qeyd edək ki, "Ayaks"dan 95 milyon avroya transfer olunan 23 yaşlı futbolçu "Mançester Yunayted" forması ilə çıxdığı 25 oyunda cəmi 4 qolla yadda qalıb.