Məşhur futbolçudan əsrin rekordu

"Real Madrid"in forvardı Kərim Benzema yeni rekorda imza atıb.

 Sportline.az xəbər verir ki, 34 yaşlı hücumçu buna La Liqanın VI turunda "Malyorka"nı 6:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.

Fransalı forvard qarşılaşmada iki qol vurub və eyni sayda məhsuldar ötürmə edib. 

Beləliklə, o, 6 turdan sonra 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Bu da Avropanın "top-5" liqalarında XXI əsrdə bir futbolçu üçün rekord göstərici hesab edilir. Benzema bu görüşdə La Liqada 200-cü qoluna da imza atıb.

Qeyd edək ki, "Real Madrid" 16 xalla turnir cədvəlinə başçılıq edir.