Məşhur futbolçunu yenidən həbs gözləyir
Futbolun canlı əfsanələrindən sayılan Ronaldinyo yenidən həbs təhlükəsi ilə üz-üzədir.
Sportline.az championat.com-a istinadla xəbər verir ki, ulduz futbolçu maliyyə fırıldağında günahlandırılır.
Bu günlərdə o, sözügedən məsələ ilə bağlı Braziliya paytaxtının Senatında dindirilib.
Prokurorluq onu maliyyə piramidası yaratmaqda ittiham edib.
Araşdırmanın nəticəsindən asılı olaraq, Ronaldinyonu 3 ildən 5 ilədək həbs cəzası gözlədiyi bildirilir.
Qeyd edək ki, məşhur braziliyalı 2020-ci ildə saxta pasport ittihamı ilə bir neçə ayı Paraqvay həbsxanasında keçirmişdi.