Məşhur futbolçunun evinə basqın olub

PSJ-nin qapıçısı Canluici Donnarummanın evinə basqın olub.

Sportline.az xəbər verir ki, bu gecə bir neçə nəfər onun Parisdəki evinin qapısını qıraraq içəri daxil olub.

24 yaşlı futbolçu və həyat yoldaşının, həmçinin mühafizəçinin əl-qolunu bağlayan basqınçılar evdən oğurluq ediblər.

Vurulan zərərin 500 min avro məbləğində olduğu bildirilir.

Donnarumma və həyat yoldaşı şok vəziyyətində xəstəxanaya çatdırılıb.

Parisin banditizmlə mübarizə idarəsi araşdırmaya başlayıb.