Məşhur futbolçunun evinə basqın olub

"Mançester Siti"nin futbolçusu Kevin De Brüyne arzuolunmaz halla üzləşib.

Sportline.az xəbər verir ki, onun Belçikadakı evinə oğrular girib.

Bu haqda HLN məlumat yayıb. Oğrular evdən qiymətli əşyalar aparıblar.

Vurulan ziyanın məbləği açıqlanmayıb.

Amma, məbləğin kifayət qədər yüksək olduğu bildirilir.