Məşhur idmançının 7-ci övladı dünyaya gəldi

WBC versiyası üzrə dünya çempionu Tayson Fyurinin 7-ci övladı dünyaya gəlib.

Sportline.az xəbər verir ki, məşhur boksçu bu haqda sosial şəbəkədə məlumat paylaşıb.

Yeni doğulan körpənin ailənin 4-cü oğlan uşağı olduğu bildirilir.

Qeyd edək ki Tayson Fyuri peşəkar rinqdə keçirdiyi 33 döyüşün hamısında qalib gəlib. 

Britaniyalı boksçunun növbəti döyüşü oktyabrın 28-də Ər-Ryadda Fransis Nqannuya qarşı olacaq.