Məşhur məşqçinin ailəsi Rusiyanı tərk etdi

Rusiya millisi və "Rostov" klubunun baş məşqçisi Valeri Karpinin ailəsi Rusiyanı tərk edib.

Sportline.az xəbər verir ki, bu haqda məşhur mütəxəssisin həyat yoldaşı Darya Karpina sosial şəbəkədə məlumat yayıb.

O, övladları ilə bilrikdə Estoniyaya qayıtdıqlarını bilirib.

"Biz həmişə Estoniyada yaşamışıq. Valerinin işi ilə əlaqədar Rostovda idik. İndi uşaqlar böyüyüb və onların təhsili ilə məşğul olmaq lazımdır. Böyük qızım artıq bir ildik ki, Estoniyada tək yaşayır. Ona görə də geri qayıtmaq qərarına gəldik. Valeri isə, işi ilə əlaqədar Rostovda qalacaq", - deyə Darya Karpina məsələyə aydınlıq gətirib.

.