Məşhur portuqaliyalı "Barselona"nı çalışdıra bilər

"Portu"nun baş məşqçisi Serjiu Konseysau "Barselona"nı çalışdıra bilər.

Sportline.az xəbər verir ki, portuqaliyalı mütəxəssis məşhur menecer Jorje Mendes tərəfindən klub prezidenti Joan Laportaya təklif olunub.

Bu haqda jurnalist Aaron Dominges X sosial şəbəkəsində məlumat yayıb.

Qeyd edək ki, 49 yaşlı Konseysau 2017-ci ildən "Portu"nu çalışdırır. 

O, portululara 3 dəfə ölkə çempionluğu, ölkə kuboku və Superkubokunun sevincini yaşadıb.