Messi "Barselona"ya qayıtmaq istəyir

Lionel Messi "Barselona"ya qayıtmaq istəyir.

Sportline.az xəbər verir ki, argentinalı futbolçu PSJ-dən ayrılmaq barədə son qərarını verib . Onun karyerasını davam etdirmək üçün iki variantı var - "Barselona"ya qayıtmaq və ya Səudiyyə Ərəbistanından hansısa kluba keçmək.

Oyunçu üçün prioritet seçim "Barselona"ya keçiddir.

Messi yaxın gələcəkdə qərar vermək istəyir və buna görə də "Barsa"dan 10 gün ərzində La Liqanın klubun transferə imkan verəcək yeni iqtisadi planını qəbul edib-etməyəcəyi barədə məlumat verməsini istəyib.