Messi "Barselona"ya qayıtmaq istəyir

"Barselona" nın sabiq hücumçusu Lionel Messi yenidən Kataloniyaya qayıtmağı planlaşdırır.

Sportline.az xəbər verir ki, bu haqda El Chiringuito nəşri məlumat yayıb.

Mənbə bildiri ki, argentinalı ulduz karyerasını bitirdikdən sonra "Barselona"nın idman direktoru olmaq istəyir.

Messinin bu istəyi Argentina Futbol Assosiasiyasının milli komandanın texniki direktor vəzifəsini ona təklif edəcəyi təqdirdə alınmaya bilər.

Qeyd edək ki, Leo ötən il Argentina millisi ilə dünya çempionu adına layiq görülüb.