Messi hər il 70 milyon avro vergi ödəyir

İspaniya "Barselona"sının kapitanı Lionel Messinin klubla 2017-ci ildə bağladığı müqavilədən sonra ödədiyi verginin məbləği bəlli olub.

Sportline.az "El Periodico" nəşrinə istinadən xəbər verir ki, argentinalı hücumçu 4 il ərzində ən azı 370 000 000 avro vergi ödəyib. Bunun 275 000 000 avrosu gəlir vergisi olub.

Ümumiyyətlə, 34 yaşlı forvard hər il təqribən 70 milyon avro vergi ödəyir.

Qeyd edək ki, Lionel Messinin 2017-ci ildə imzaladığı sözləşmənin dəyəri 555 000 000 avrodur.