Messi klublararası dünya çempionatında çıxış edəcək

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi klublararası dünya çempionatında çıxış edəcək. Futbolçu komandanın turnir ərizəsinə daxil edilib, siyahı klubun rəsmi saytında dərc olunub.

Sportline.az "Relevo"ya istinadən xəbər verir ki, Serxio Buskets və Luis Suares də dünya çempionatında çıxış edəcək.

“İnter Mayami” iyunun 14-dən iyulun 13-dək ABŞ-da keçiriləcək turnirdə ilk oyununu iyunun 15-də Misirin “Əl-Əhli” komandasına qarşı keçirəcək.

Komanda həmçinin ilkin mərhələdə "Porto" və "Palmerays"la qarşılaşacaq.