"Messi nə vaxtsa qayıdacaq"

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen Lionel Messinin komandaya qayıtması ilə bağlı fikirlərini bölüşüb.

Sportline.az "SPOX"a istinadla xəbər verir ki, almaniyalı futbolçu bu qayıdışın Kataloniya klubu üçün böyük əhəmiyyət daşıdığını bildirib: "Əlbəttə ki, Messinin dönüşü bizim üçün böyük üstünlük kəsb edərdi. İndiki halda bu, mümkün deyil. Amma, ola bilər ki, nə vaxtsa o, başqa bir rol üçün qayıdacaq".

Qeyd edək ki, uzun illər "Barselona"nın formasını geyinən 36 yaşlı Messi bu il "İnter Mayami" ilə müqavilə imzalayıb.