Messi nədən bezib?

"Barselona"nın hücumçusu Lionel Messi PSJ-yə keçidi barədə danışmaqdan bezib.

Sportline.az "Marca"ya istinadən xəbər verir ki, argentinalı futbolçu Kataloniya təmsilçisi ilə yayda müqaviləsi başa çatdıqdan sonra  gələcəyi ilə bağlı qərar verəcək.

Bildirilib ki, 33 yaşlı  futbolçu və PSJ-nin digər təmsilçilərinin onunla bağlı dediklərini dəfələrlə eşidib. Sonuncu dəfə Messinin Paris təmsilçisinə keçidini yüksək qiymətləndirən millidəki komanda yoldaşı  Anxel Di Mariya olub.