Messi peşəkar karyerasında 900-cü matçına çıxıb

"Sevilya" ilə İspaniyanın Kubokunun yarımfinal mərhələsinin ilk oyunu "Barselona"nın kapitanı Lionel Messi üçün əlamətdar olub.

Sportline.az xəbər verir ki, argentinalı hücumçu peşəkar karyerasında 900-cü matçına çıxıb.

34 yaşlı forvard bu görüşlərin 758-ni Kataloniya klubunun, 142-ni isə Argentina millisinin heyətində keçirib.

Messi 41-ci dəfə "Sevilya" ilə oyunda iştirak edir. Ulduz futbolçu bu rəqiblə qarşılaşmalarda 37 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Sevilya" - "Barselona" matçında ilk hissədən sonra hesab meydan sahiblərinin xeyrinədir - 1:0.