Messi Premyer Liqa klublarından ciddi təklif alıb

İngiltərə klubları tərəfindən Lionel Messiyə ciddi təkliflər gəlib.

Sportline.az ispaniyalı idman jurnalisti Pablo Qravelloniyə istinadla xəbər verir ki, argentinalı ulduz üçün İngiltərənin 2 klubu sərvət ödəməyə hazır olduğunu bildirib.

Söhbət “Çelsi” və “Nyukasl Yunayted”dən gedir. 

Qeyd edək ki, bu klublardan əlavə “Əl-Hilal” və “Barselona”da Messi ilə razılıq əldə etmək üçün mübarizə aparır.