"Messi üçün maaşımdan keçməyə hazıram"

"Messini "Aston Villa"ya gətirmək üçün maaşımdan da keçməyə hazıram".

Sportline.az GOAL.coma istinadla xəbər verir ki, bunu İngiltərə klubunun qapıçısı Emiliano Martinez deyib.

Messini "Aston Villa"ya gətirmək üçün əlindən gələni edəcəyini, lazım olsa maaşından kəsmələrini tələb edəcəyini deyən Martinezin bu açıqlaması yarızarafat, yarıciddi qəbul olunub.

PSJ ilə yolları ayrılmaq üzrə olan Messi də həmyerlisinin bu açıqlamasına münasibət bildirməyib. 

Qeyd edək ki, Messi Pris klubuna 2021-ci ildə 80 milyon avro qarşılığında "Barselona"dan transfer olmuşdu.