Messidən yüksək göstərici

"Barselona"nın futbolçusu Lionel Messi tarixi uğura imza atıb.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, La Liqanın 18-cu turunda "Qranada" ilə matçda (4:0) dubla imza atan 33 yaşlı hücumçu  İspaniya çempionatı tarixində ardıcıl 15 mövsümdə ən az 10 qol vurmağı bacaran ilk oyunçu olub.

Bundan başqa, argentinalı hücumçu La Liqada 2020/21-də vurduğu qol sayını 11-ə çatdırıb və turnirin bombardirlər siyahısında birinci yerə yüksəlib.