Messinin adı narkotika alverində hallanıb

Narkotacirlər Lionel Messinin adından yararlanmağa çalışıblar.

Sportline.az xəbər verir ki, Rusiyada bu məqsədlə çirkin əməllərini həyata keçirməyə çalışan iki nəfər saxlanılıb.

RBK-nın yaydığı məlimata görə, onlar sərhəddən Messinin şəkli əks olunan qutularda kokain keçirməyə cəhd göstəriblər.

Narkotik maddənin ümumi həcmi 673 kq olub.

Cinayətkarlar Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.

Banner