Messinin "Barselona" ilə bağlı gələcək planları açıqlandı

İspaniyanın "Barselona" komandasının hücumçusu və kapitanı Lionel Messi klubda qalmağa meyllidir.

Sportline.az xəbər verir ki, bu barədə “Marca” bildirib.

Məlumata görə, argentinalı hücumçu Xosep Mariya Bartomeu klubun prezidenti olduqda həqiqətən komandanı tərk etmək istəyib. Qeyd edilir ki, onun gələcək karyerası ilə bağlı daimi şayiələr əslində oyunçunu qıcıqlandırır. "Pari Sen-Jermen" və yerli KİV-də fransız klubu formasında şəkilinə şərhlər onun xoşuna gəlmir.

Messi və atası Xorxe başqa klublardan təkliflər qəbul etmir. Futbolçu artıq bir müddətdir Argentinadadır və başqa komandalarla əlaqə saxlamır. Futbolçunun gələcəyi haqqında qərar kimin "Barselona" prezidenti olmasından asılı olacaq.

Messi cari mövsümdə bütün yarışlarda 32 matç keçirib, 24 qol vurub və 7 məhsuldar ötürmə edib.