"Milan" "Arsenal"a 10 milyon avro təklif edib

"Milan" "Arsenal"ın ukraynalı futbolçusu Aleksander Zinçenkonu heyətinə qatmağı planlaşdırır.

Sportline.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, İtaliya klubu bu keçid üçün qarşı tərəfə 10 milyon avro təklif edib.

28 yaşlı futbolçunun "Arsenal"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Zinçenko London kluna 2022-ci ilin yayında "Mançester Siti"dən 35 milyon avro qarşılığında transfer olunmuşdu.