“Milan” “Bayer”ə elçi düşüb

"Bayer"in isveçrəli futbolçusu Qranit Caka "Milan"ın transfer hədəfinə çevrilib.

Sportline.az "Kicker" nəşrinə istinadən xəbər verir ki, "Milan" Q.Cakanın xidmətində maraqlıdır.

Bu keçid üçün İtaliya klubu qarşı tərəfə 15 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Cakanın Leverkuzen klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

O, ötən mövsüm meydana çıxdığı 49 matçda 2 qol 7 asist müəllifi olub.

Xatırladaq ki, Qranit Caka "Bayer"lə yanaşı karyerası ərzində "Bazel", "Borussiya MünhenQlaxba" və "Arsenal" kimi klublarda çıxış edib.