"Milan" futbolçusunu satacaq

"Milan" fransalı futbolçusu Teo Hernandezlə bağlı qərar verib.

Sportline.az jurnalist Santi Aounanın məlumatına istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi T.Hernandezi bu yay satacaq.

"Əl-Hilal" 27 yaşlı sol cinah müdafiəçisi üçün qarşı tərəfə 15 milyon avro təklif edib.

Qeyd edək ki, Teo Hernandezin "Milan"la müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

Təcrübəli futbolçu 2019-cu ildən "rossoneri"lərin heyətində çıxış edir.