"Milan" isveçrəli futbolçuya 2 illik müqavilə təklif edib
"Milan" "Bayer"in futbolçusu Qranit Cakaya rəsmi təklif göndərib.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Dmitris Manakos məlumat yayıb.
İtaliya klubu Cakaya 2 illik müqavilə təklif edib. "Bayer"in rəhbərliyi bu transferə qarşıdır. Lakin son qərarı futbolçunun özü verəcək.
Qeyd edək ki, isveçrəli futbolçunun Leverkuzen klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.