"Milan" Leaonun transfer qiymətini açıqlayıb
"Milan" portuqaliyalı futbolçusu Rafael Leaonu satmaq qərarına gəlib.
Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İtaliya klubunun rəhbərliyi Leao üçün 100 milyon avro tələb edir.
"Bavariya" və "Barselona" klubları 26 yaşlı sol cinah vimgerinin xidmətində maraqlıdır.
Qeyd edək ki, Leaonun "Milan"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O, ötən mövsüm çıxış etdiyi 50 matçda 12 qol 13 məhsuldar ötürmə müəllifi olub.