"Milan" "Trabzonspor"u FİFA-ya şikayət etdi

FİFA "Trabzonspor"a transfer qadağası qoyub. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna "Milan"ın şikayəti səbəb olub.

İtaliya klubu Yuray Kuçka və Sosanın transferi üçün nəzərdə tutulan məbləğin tam ödənilmədiyini bildirib. Yoxlamalar nəticəsində müəyyən edilib ki, Qara dəniz təmzilçisinin "Milan"a 13 milyon lirə borcu var. Bu borc ödəəcəyi təqdirdə cəza qüvvədən düşəcək.

Qeyd edək ki, "Trabzonspor" klubu bir neçə dəfə transfer qadağası ilə üzləşib.