"Milan"dan "Yuventus"a doğru

"Yuventus"un fransalı futbolçusu Adriyen Rabiyo "Milan"ın maraq dairəsinə düşüb.

Sportline.az "Gazzetta" nəşrinə istinadən xəbər verir ki, "Milan" Rabiyo üçün qarşı tərəfə 25 milyon avro təklif edib.

30 yaşlı yarımmüdafiəçinin "Yuventus"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Rabiyo ötən mövsüm meydana çıxdığı 31 matçda 10 qol 6 asistlə yadda qalıb.