“Milan”ı “Çelsi”yə dəyişir
"Milan"ın fransalı qapıçısı Mayk Menyan karyerasını "Çelsi"də davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Rudi Qaletti öz "X" hesabında paylaşım edib.
Bu keçid üçün "Çelsi" qarşı tərəfə 35 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Menyan ötən mövsüm meydana çıxdığı 53 matçda qapısında 59 top görüb.