"Milan"ı tərk edə bilər

"Milan"ın niderlandlı futbolçusu Ticcani Reynders karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az insayder David Ornşteynin məlumatına istinadən xəbər verir ki, Reynders "Mançester Siti"nin əsas transfer hədəfinə çevrilib.

26 yaşlı yarımmüdafiəçinin "Milan"la müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Reyndersin transfer qiyməti 50 milyon avro olaraq təyin olunub.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 51 matçda 15 qol 5 məhsuldar ötürmə müəllifi olub.