"Milan"ın yeni baş məşqçisi bilindi

Massimiliano Alleqri "Milan"ın yeni baş məşqçisi təyin olunub.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi səhifəsində məlumat yayılıb.

İtaliyalı mütəxəssislə iki illlik müqavilə bağlanıldığı bildirilir.

Alleqri bonuslardan əlavə ilinə 5 milyon avro qazanacaq.

Qeyd edək ki, o, 2010-2014-cü illərdə "Milan"ı çalışdırıb.

Komanda onun rəhbərliyi ilə 2010/2011 mövsümündə İtaliya çempionu adını qazanıb.