Millətlər Liqası: Azərbaycan Slovakiya səfərində qalib gəldi
Azərbaycan millisi Millətlər Liqasının 2022/23 mövsümündə son səfər matçına çıxıb.
Sportline.az xəbər verir ki, yığmamız Slovakiyanın qonağı olub və 2:1 hesabı ilə qalib gəlib.Bu komandaların Bakıdakı oyununda Slovakiya millisi 1:0 hesablı qələbə qazanmışdı.
Bu qələbə ilə xalını 7-yə yüksəldən millimiz turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan növbəti görüşünü sentyabrın 25-i "Dalğa Arena"da Qazaxıstana qarşı keçirəcək. Oyun saat 20:00-da başlayacaq.
22 sentyabr
Millətlər Liqası, 5-ci tur
C liqası, 3-cü qrup
22:45. Slovakiya – Azərbaycan - 1:2
Qollar: Renat Dadaşov, 44 (0:1), Jirka, 90+3-pen (1:1), Höccət Haqverdi, 90+5 (1:2)
Baş hakim: Vilyarm Kallum (Şotlandiya)
Trnava. Anton Malatinski stadionu
1 |
5 |
6 |
1 |
0 |
8 |
3 |
+5 |
13 |
|
2 |
Azərbaycan |
5 |
2 |
1 |
2 |
4 |
4 |
0 |
7 |
3 |
Slovakiya |
5 |
2 |
0 |
3 |
4 |
5 |
-1 |
6 |
4 |
5 |
0 |
2 |
3 |
2 |
6 |
-4 |
2 |